Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Müdafiə Nazirliyi: “Kompensasiya mərhələli şəkildə ödəniləcək”

Nazirlər Kabinetinin təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili,  habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə  qərarının  olmasına baxmayaraq  bəzi hərbi qulluqçular hələ də onlara ödənməli olan kompensasiyalarını ala bilməyiblər.

Bu barədə ANS PRESS-ə ödəniləcək pulu ala bilməyən hərbçi qulluqçular özləri məlumat veriblər. Onlar bildirirlər ki, nazirliyin əksər hərbçiləri bu məbləği alsa da  bir qrupu hələ də onlara ödənilməli olan vəsaiti əldə edə bilmir.

“Bizim də digər hərbçilər kimi istifadə edilməmiş məzuniyyətə görə alacağımız maddi vəsait var. Amma hərbi qulluqçuların çox hissəsi həmin vəsaiti alsa da bizə hələ də  verilmir.  Biz lazım olan bütün  sənədləri təqdim etsək də heç bir ödəniş olunmayıb. Təəssüf ki, məsələ ilə bağlı heç bir açıqlama da verilmir”, – deyə müraciət edən hərbi qulluqçular bildirib.

Nazirlik: “Kompensasiyaların ödənişi nazirlik tərəfindən mərhələli şəkildə həyata keçirilir”.

Mövzunu ANS PRESS-ə şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, istifadə edilməmiş  məzuniyyət pulları ilə bağlı məsələ hətta Milli Məclis və Konstitusiya Məhkəməsində də qaydalar müəyyən edilməsi üçün müzakirəyə çıxarılıb, daha sonra qaydalar müəyyənləşib və təsdiqlənib.

“Müdafiə Nazirliyi güc strukturları arasında ən böyük qurumdur. Bəzi qurumlar ödənişi artıq həyata keçirib. Ancaq MN-də,  bildiyimə görə, artıq bu barədə işlər aparılır. Ancaq burada bəziləri düşünür ki, nazirlik bu kompensasiyanı neftin qiymətinin yüksək olduğu vaxtda ödəməyibsə, indi daha çətin ödəyər. Silahlı Qüvvələrin yaranmasının növbəti ildönümünə qədər ödəniş həyata keçirilsə daha yaxşı olar”.

Ü. Cəfərov deyir ki, burada hərbçiləri də başa düşmək lazımdır: “Bəzi zabit və gizirlərimiz, yaxud onların valideynləri banklardan kredit götürüblər. Onlar istəyirlər ki, həmin ödənişləri həyata keçirsinlər, yaxud öz maddi problemlərini həll etsinlər. Ancaq, bildiyim qədər, bu il ərzində məsələdə kəskin dönüş olacaq. Ancaq onu deyə bilərəm ki, birbaşa məzuniyyət üçün ayrılan pul yoxdur. Nazirlik ümumi büdcədən ayrılan puldan hərbçilərin kompensasiyasını ödəməyə çalışır”.

Üzeyir Cəfərov - hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Üzeyir Cəfərov – hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Məsələ ilə bağlı ANS PRESS Müdafiə Nazirliyinə sorğu göndərdi. Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki,“ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların istifadə etmədikləri növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və  ödənilməsi üçün Müdafiə Nazirliyi tərəfindən onun səlahiyyətləri çərçivəsində bütün müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyi büdcə təşkilatı olduğundan, müvafiq maliyyə vəsaiti ayrıldıqdan sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların istifadə etmədikləri növbəti məzuniyyətə görə kompensasiyaların ödənişi nazirlik tərəfindən mərhələli şəkildə həyata keçirilir”.

Azərbaycanda hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi 28 sentyabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarı ilə təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə:

Zakir Həsənovdan vacib qərar

1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların-dan başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

2. Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Zakir Həsənov - müdafiə naziri, general-polkovnik

Zakir Həsənov – müdafiə naziri, general-polkovnik

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları 22 may 2015-ci ildə təsdiq olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

1 Comment »

“Müdafiə Nazirliyi: “Kompensasiya mərhələli şəkildə ödəniləcək”” üçün bir cavab

  1. Əhməd Bünyad-zadə dedi ki:

    Mən də 1994-1997-ci illərdə Azərbaycan Ordusunda zabit vəzifəsində xidmət etmişəm . 1994-cü ilin aprel ayında döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam. Məzuniyyətdə olmamışam və buna görə indiyədək kompensasaiya almamışam . Bütün müvafiq sənədləri 2014-cü ildə Müdafiə Nazirliyinə göndərmişəm. Bü günə qədər bir cavab yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930