Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Havay ştatının rəhbərliyi Azərbaycandan üzr istədi

Erməni lobbisinin ənənəvi manipulasiyası və məkrli oyunları nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki (Joseph Souki) memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan Hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.

Bu barədə Modern.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu xəbər verib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirir ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, sözügedən H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub.

Qeyd olunur ki, Havay Ştatının Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud, xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. Spiker C.Souki qeyd edir ki, H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də, spiker C.Souki sözügedən qətnamənənin müvaifq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayır.

Həmçinin, spiker bildirir ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə spiker C.Souki, H.R.167 saylı qətnamənin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzrxahlıq edir.

Sipker C.Souki memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından, Azərbaycan və ABŞ arasındakı güclü dostluq əlaqələrinin inkişaf etməkdə davam edəcəyinə ümid etdiklərini bildirərək yazır: “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə, mən Azərbaycan Höküməti və xalqından səmimi şəkildə üzr istəyirəm.”

Qeyd edək ki, sözügedən qətnamədən bir müddət əvvəl – 2016-cı ilin 10 mart tarixində erməni lobbisinin təhrikilə Havay Ştat Senatında oxşar məzmunlu iki qətnamə gündəliyə gətirilmişdi. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun operativ müdaxiləsi nəticəsində Havay Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, bu qətnamələri rədd etdiyini elan etmişdi. Üstəlik, həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olunmuşdu. Görünür, bundan pərt olan erməni lobbisi növbəti məkrli planını Havay ştatının Nümayəndələr Palatasında həyata keçirməyə cəhd edib, qanunvericiləri aldadaraq öz məqsədlərinə nail olmağa çalışıb. Ancaq Palatanın spikeri tərəfindən imzalanmış və sözügedən qətnaməni heçə endirən rəsmi memorandum ilə erməni lobbisi öz layiqli cavabını bir daha alıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930