Amerikalı həmsədr erməni nazirlə Qarabağı müzakirə etdi
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüb.
Virtualaz.org bildirir ki, bu barədə Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb.
Amerikalı həmsədr Edvard Nalbandyanla görüşündən məmnun qaldığını bildirib.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə ediblər.