Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni təcavüzü nəticəsində 240,4 km dəmir yolu işğal altına düşüb

31 mart Dünya azərbaycanlılarının hüzn və kədər günüdür. Həmin gün Bakı şəhərində və quberniyanın müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.

Bakıda törədilən qırğınlar təkcə mərkəzlə məhdudlaşmamış, kütləvi qırğınlar Qubanı, Şamaxını, Göyçayı, Lənkəranı, Salyanı, Kürdəmiri, Qarabağı və digər ərazilərimizi tutmuşdur.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında keçirilən anım tədbirlərində soyqırım qurbanlarının xatirəsi yad olunur, facəni yaradan səbəblər, soyqırım nəticəsində vurulan maddi və mənəvi ziyan bir daha xatırlanır.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman vaxtilə millətimizə qarşı ünvanlanmış tarixi haqsızlıqların gələcək nəsillər tərəfindən unudulmaması, yaddan çıxarılmaması istiqamətində dövlət səviyyəsində atılmış mühüm bir addımdır.

Əslinə qalsa Azərbaycan iki əsrə yaxındır ki, soyqırım məngənəsində əziyyət çəkir. İyirminci əsrin sonlarında torpaqlarımızın iyirmi faizindən çoxunun erməni quldurları tərəfindən işğal olunması həmin bədnam siyasətin tərkib hissəsidir.

Bu işğal nəticəsində ölkəmizin dəmir yolu sistemi də az zərər görməmişdir. Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüşdür: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km.

İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəymişdir. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir: Lokomotiv təsərrüfatı üzrə – 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılmışdır. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəymişdir.

Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı – 4 mln. 860 min ABŞ dolları məbləğindədir.

Horadiz-Mincivan-Qafan -İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM) , cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılmışdır.

Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı – 10 mln. 250 min ABŞ dolları təşkil edir.

Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.

Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı – 12 mln. 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı – 3 mln. 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Hələ tariximizin çox qaranlıq məqamları üzə çıxacaq. Uzun illər yeraltı və yerüstü sərvətlərlə zəngin olan məmləkətimizin başına nələr gətirilməyib ki… Dünya azərbaycanlılarının hüzn və kədər günündə yaddaşımızı təzələmək istəyindən soyqırım qurbanlarının xatirəsini bir daha əziz tutur, millətimizə Tanrıdan səbr diləyirik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031