Erməni əslli qadın terrorçu yaxalandı
Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edərkən erməni əslli qadın terrorçu təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. ANS PRESS-in məlumatına görə, Hakkari vilayətinin Yüksekova rayonunda PKK terrorçularına qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində, PKK-nın qərargahı hesab edilən Şimali İraqdakı Kandil dağına qaçmağa çalışan 2 nəfəri qadın 4 terrorçu saxlanılıb. Qadın terrorçulardan birinin erməni əslli olduğu bildirilir. Erməni əslli terrorçunun PKK-nın qondarma Yüksekova kuratoru Yılmaz K.nin silahlılarından olduğu qeyd edilib.
Bundan əvvəl də PKK terrorçularının ermənilərlə yaxın əməkdaşlıq etmələri barədə mətbuatda məlumatlar yayılmışdı.
30 ildən çoxdur Türkiyənin baş bəlasına çevrilən PKK terrorçularına qarşı ötən ilin iyul ayından intensiv hərbi əməliyyatlar başladılıb. Bu əməliyyatlar zəminində ötən ildən ölkədə minlərlə terrorçu məhv edilib, yüzlərlə hərbçi şəhid olub.
Ötən bir neçə ay ərzində PKK terrorçuları Türkiyənin paytaxtı Ankarada və ən böyük metropolisi İstanbulda çox sayda mülki əhalinin öldüyü terror hadisələri törədib. Hazırda PKK silahlılarına qarşı ölkənin hər yerində intensiv əməliyyatlar davam edir.