Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Uşaqlara həsr edilən şair ömrü

Azərbaycanda uşaq ədəbiyyatının inkişafında böyük xidmətlər göstərən ədiblərimizdən biri də görkəmli şair, tərcüməçi Teymur Elçindir. O, zəngin yaradıcılığı boyunca ədəbi dilimizin qorunmasına da töhfələr verib.

Teymur Süleyman oğlu Əliyev 1924-cü il martın 28-də Şuşa şəhərində dünyaya göz açıb. Hələ uşaq ikən ailələri Bakıya köçür. O, paytaxtdakı 132 saylı orta məktəbdə oxuyur. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunur. Tələbə ikən ictimai əsaslarla Radio Komitəsində ştatdankənar müxbir, diktor işləyir. 1943-1945-ci ildə Böyük Vətən müharibəsinin iştirakçısı olur. Cəbhədən qayıtdıqdan sonra ali təhsilini davam etdirir və 1948-ci ildə universiteti bitirir.
Teymur Elçin ədəbi yaradıcılıqla bərabər bir çox məsul vəzifələrdə işləyib, respublika komsomol komitəsində çalışıb, 1957-1964-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri, 1975-1988-ci illərdə respublika mədəniyyət nazirinin müavini olub, beş dəfə Ali Sovetin deputatı seçilib. O, teleradio komitəsinə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin qorunmasında xüsusi həssaslıqla yanaşıb. Gənclərə qayğı göstərir, onlara yaradıcılıqlarında yabançı söz və ifadələrdən qaçmağı məsləhət görürdü. Elə bir iş üslubu yaradır ki, verilişlərə cavabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdi.
Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan şairin “İspaniya qəhrəmanlarına” adlı ilk şeiri 1938-ci ildə çap olunub. Ümumilikdə 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin müttəfiq respublikalarında çap edilib. Şair tərcümə ilə də məşğul olub. İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko və başqalarının əsərləri Azərbaycan oxucularına Teymur Elçinin tərcüməsində çatdırılıb…
Qeyd edək ki, XIX əsrin ikinci yarısından təşəkkül tapan milli uşaq ədəbiyyatımız XX əsrdə böyük inkişaf yolu keçib. Bu yolda Teymur Elçinin də mühüm xidmətləri olub. Uşaqlar onun şeirlərini sevə-sevə oxuyublar, bu gün də oxuyurlar.
Şairin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Xoruzbani gedirəm”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ” və s. əsərlərinə diqqət yetirərkən müəllifin məqsəd və məramı aydın olur.
Şeirlərində Azərbaycan dilinin incə məqamları, məna çalarları ustalıqla qabardılıb. Misralar ahəngdar şəkildə bir-biri ilə uzlaşır. Əzbərlənməsində, daha doğrusu, yadda saxlanılmasında uşaqlar çətinlik çəkmir. “Gəl, bahar” şeirində yazır:

Gəl, bahar,
Çətir-çətir,
Güllər gətir,
Otaqlara
Dolsun ətir.

Bu şeirdə hər sözün və sətrin mənası aydın duyulur. Uşaqlar tərəfindən də asanlıqla başa düşülür və tez də qavranılır.
Şairin yaradıcılığında diqqətçəkən yanıltmaclar da çoxdur. Şeirlərində bir-birinə yaxın və oxşar sözlərin təkrarı maraqlı ahəngdarlıq yaradır. Uşaqlar onu oxuduqca, öyrəndikcə sanki cazibəsindən çıxa bilmir. “Anamın laylası” da bu silsilədəndir:
Layla dedim balama,
İl keçə, ay dolana.
Balam gedə yuxuya,
Başına Ay dolana.

Teymur Elçin ədəbi yaradıcılığında sözə ustalıqla yanaşıb. Fikri zərgər dəqiqliyi ilə cilalayaraq yeni sözlər yaradıb. Zəngin yaradıcılıq yolu keçən şairin şeirlərinin hər birinin ahəngində öyrətmək missiyası duyulur. “Kirpinin laylası”, “Turacın laylası”, “Siçan balası” kimi şeirlərində uşaq aləminin min bir məqamı görsənir.
Görkəmli şairin sözlərinə xeyli mahnı bəstələnib. O, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlarla birlikdə çalışıb. Fikrət Əmirovla şairi çox yaxın yaradıcılıq əlaqələri birləşdirib. “Göygöl”, “Toy mahnısı”, “De görüm, neyləmişəm”, “Gülür ellər” və s. kimi məşhur mahnılar bu əməkdaşlığın bəhrəsidir.
Şairin mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, ordenlərlə təltif olunub. Vasif Adıgözəlovla birgə “Qarabağ şikəstəsi” oratoriyasının musiqisi və sözlərinə görə 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Teymur Elçin 14 mart 1992-ci ildə vəfat edib.

Savalan Fərəcov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031