“Qarabağ”dan darmadağın
Lider “Qarabağ” evdə “Rəvan”ı sınağa çəkib və 5:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu liderliyi möhkəmləndirib.
“Qarabağ” – “Rəvan” – 5:1
Qollar: Miqel Madera, 16 (1:0), Muarem Muarem, 53 (2:0), Riçard Almeyda, 55 (3:0), Reynaldo, 64 (4:0), Yasin Həmid, 68 (4:1), Dani Kintana, 90+1 (5:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
Bakı. “Azərsun Arena”