İlham Əliyev Con Kerri ilə görüşəcək
Vaşinqtonda keçiriləcək nüvə sammitində iştirak etmək üçün ABŞ-a səfər edən Azərbaycan prezidenti İlham Əliyev bu gün dövlət katibi Con Kerri ilə görüşəcək.
Virtualaz.org xəbər verir ki, bu haqda Dövlət Departamentinin saytı bildirir. Con Kerrinin bu gün martın 30-na olan iş qrafikində göstərilir ki, dövlət katibi Vaşinqton vaxtı ilə saat 14.00-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.