“Erməni zindanında səkkiz gün” kitabının təqdimatı keçiriləcək
Martın 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitab sərgisi açılacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr ediləcək sərgidə son 200 ildə xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumatı əks etdirək kitablar nümayiş olunacaq.
Sərgi çərçivəsində Xocalı sakini Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının da təqdimatı keçiriləcək.