Amerikanın daha bir ştatı Qarabağ seapartçılarını tanıdı
Amerikanın Havay adaları ştatı Dağlıq Qarabağdakı seaparatçıların müstəqilliyini tanıyıb.
Ermənistan KİV-i xəbər verir ki, ştatın Nümayəndələr palatası bu barədə martın 29-da keçirilən iclasında qərar verib.
Palata həmçinin, dünya birliyinə müraciət edərək, separatçı “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi tanımağa səsləyib.
Bundan əvvəl, Amerikanın 6 ştatı – Kalforniya, Corciya, Luiziana, Rod-Aylend, Massaçusets və Men ştatları da Qarabağı müstəqil dövlət kimi tanımışdılar.