Xəndək və erməni qadınları
Bu fotonu mənə Türkiyənin Kilis Universiteindən dəyərli araşdırmaçı dostum Halil Özşavlı göndərib. Halil millliyətcə ərəbdir, amma “erməni məsələsi” ilə bağlı çox ciddi araşdırmaları var. Onlardan biri 1915-ci il olayları zamanı ermənilərin köç etdirildikləri və yerləşdikləri indiki Suriya ərazisindən haralara, nə qədər, hansı tarixlərdə və hansı nəqliyyatla çıxıb getmələri ilə əlaqədar bəlgələrin incələnərək ortaya qoyulmasıdir. Məncə bu erməniləri ifşa etmək baxımından çox əhəmiyyətlidir. Bu da əhəmiyyətli faktdir və Özşavlının araşdırmalarında öz yerini tapmışdır ki, 1915 Erməni köçü dövründə Anadoluda İngilis, Alman və Amerikan missionerlərin qeydlərindən anlaşıldığınrı kimi yetimxanalarda 6 min erməni yetim olmuşdur və onlara da Türkiyənin fərq qoymadan sahib çıxdığı bəllidir. Bu Erməni uşaqların sonradan Amerika Birləşmiş Ştatları tərəfindən 1921- 1923 illəri arasında Türkiyədən Yunanıstana nəql edildiyini və bunların da sayının 14 min 420 olduğunu da Halil bəy araşdırıb ortaya qoymuşdur.
Bu işləri daha yaxşı görmək üçün, daha elmi, özü də erməni bəlgələrinə əsaslanaraq diqqətə çatdırmaq üçün Halil Özşavlı “Bati Ermənicə”ni də öyrənmişdir. Halil bu tədqiqatında sübut edir ki, ermənilər 1915-ci ildə köç etdirildikləri ərazilərdən könüllü şəkildə başqa yerlərə çıxıb gediblər, daha yaxşı həyat dalınca müxtəlif ölkələrə üz tutublar və ermənilərin “1,5 milyon erməni öldürülmüşdür” iddiası cəfəngiyatdan başqa bir şey deyildir. Halilin ortaya qoyduğu sənədlərlə dəstəklənən bu rəqəmlərdə ermənilərin məlum iddialarındaki ölmüş, və ya öldürülmüş rəqəmləri arasında dağlar qədər fərq var. Ermənilərin ölmüş olaraq qələmə verdikləri adamlar, məsələn, o zaman gəmiyə minərək Amerikaya getmişlər… Yaşamış və onların nəvə- nəticələri bu gün də yaşamaqdalar. “Ölmüş” adamlar Amerikada, Fransada, Argentinada, necə xortlaya bilər? Bunlar tam gerçək, erməni tezlərini ifşa edən rəqəmlərdir. Bu həm də o deməkdir ki, “erməni soyqırımı “ məsələsi yalan söhbətdir. Bu gerşəkləri ortaya milliyətcə ərəb olan dostumuz Halil qoymaqdadir.
Sizə təqdim etdiyim bu şəkil də Özşavlının araşdırmaları zamanı o bəlgələrin içindən çıxmışdır. Şəkildəkilər ermənilərdir. Fotoya diqqətlə baxsanız onu da görərsiniz ki, burada kişi yoxdur, hamısı qadındır Əllərində qazma – kürək xəndək qazırlar. Tarix bir birinə necə bənzəyir deyilmi? İndi Diyarbakir- Surda, Mardin – Nusaybində, Şırnakda… xəndək qazanlarla o zamankı xəndək qazanları eyni məqsəd birləşdirir. Xəndək qazma təcrübəsini ermənilərdən mənimsəyən bölücülərin metod eyniliyi onu göstərir ki, onlar hər zaman ermənilərlə işbirliyi içərisindələr. Bu gün də PKK işərisində ermənilərin olması və Ermənistanda kı düşərgələrdə bunlarınyetişdirilməsi yeni bir məsələ deyil. Ötən illərdə Sur bələdiyyə başkanı Ermənistandakilərə müraciət edərkən onlarla bu torpaqları bölüşməyə hazır olduğunu söyləmişdi. O vaxt ona bir deyən olmadı ki, sən kimsən və kimin torpağını pay-püş edirsən?
Bu qadınların kim olduğunu isə heç soruşmayın. Sifətlərindən bəllidir zatən. Xəndəklərdən dağlara çıxmış erməni savaşçı qadınlardır. Xəndək və dağ. Ermənilərin də indi PKK-nın məskənləri və mübarizə üsullarıdır. Arada 100 illik zaman fərqi olsa da cinayət hərəkəti eynidir.
Qafar Çaxmaqlı
29.03.2016