Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Putinin ekspertlər qrupu niyə Qarabağı Rusiyaya təhdid elan etdi…

Rusiya üçün başlıca strateji təhdid ABŞ-ın onu zəiflətməyə və amerikayönümlü rejimlərlə əhatəyə almaq siyasətidir. Bu qənaət Rusiyada “Valday” diskussiya klubunun və XİN-ə bağlı “Xarici siyasət” agentliyinin hazırladığı “Beynəlxalq təhdidlər-2016” adlı hesabatında əksini tapıb. Virtualaz.org xəbər verir ki, hesabat bu gün martın 29-da geniş publikaya təqdim olunub, sənədin xülasəsi haqda “İzvestiya” yazıb.

“Valday” diskussiya klubu əsasən Kremlə yaxın ekspertlərdən formalaşdırılıb. Ənənəvi olaraq prezident Vladimir Putin hər il “Valday” klubunun yay diskussiyalarına qatılır, ekspertlərin müxtəlif mövzularla bağlı suallarına cavab verir. Hesabatı klubun bir qrup aparıcı eksperti hazırlayıb, onların arasında keçmiş kəşfiyyatçı (qeyri-leqal) Andrey Bezrukov da var.

Ekspertlərin qənaətin görə ABŞ nəzərə alır ki, zəif, qitənin dərinliklərinə sıxışdırılmış Rusiya ciddi iqtisadi rəqib olmayacaq və Avrasiyada alternativ güc mərkəzinə çevrilməyəcək. Habelə zəif Rusiya Çin ekspansiyası ilə mübarizə aparacaq və bu məsələdə Amerikanın əsas partnyoruna çevrilməyə məcbur olacaq.

Lakin ekspertlərə görə Rusiya Suriyadakı əməliyyatlarda əldə etdiyi nəticələr sayəsində Qərblə münasibətlərdə yeni modus operandi tapmağa başladı. Bu əməliyyatların nəticəsi olaraq Moskva Dəməşqdə ona dost rejimi qoruyub saxladı Aralıq dənizindəki hərbi-dəniz bazasını möhkəmləndirdi, Yaxın Şərqdə aparıcı güc kimi möhkəmləndi.

Bununla belə ekspertlər Rusiyanın Suriya böhranına müdaxiləsinin dolayısı təhdidlər meydana gətirdiyini, o cümlədən Türkiyə ilə birbaşa hərbi münaqişə riski yaratdığını düşünürlər. Onların fikrincə Türkiyə ilə münaqişə XXI əsrdə döyüş cəbhəsinin olmadığı və irimiqyaslı itkilərin qeydə alınmadığı, ancaq kosmik peyklərin vurulduğu, rabitə sistemlərinin, logistik şəbəkələrin və internet-infrastrukturun sıradan çıxarıldığı ilk müharibə ola bilər.

Hesabatın müəlliflərindən Andrey Suşentsov Türkiyə ilə potensial müharibə riski barədə danışarkən deyib ki, Rusiyanın 2020-ci ilə qədər Müdafiə planına dəyişiklik edilir. Türkiyə ilə münaqişə ssenariləri əsasında hərbi təlimlər keçirilir. Türklər də təlimlər keçirir, ehtiyatdan hərbçiləri toplayır.

“Valday” ekpertlərinə görə 2016-cı ildə Rusiya KİV-lərin nadir hallarda diqqət mərkəzində olduğuna görə sıravi vətəndaşlar üçün o qədər də aydın olmayan təhdidlərlə də qarşılaşa bilər. Bunların arasında ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin mümkün eskalasiyasıdır. Ekspertlər qeyd edirlər ki, Suriya və Ukrayna böhranlarına görə Qarabağ məsələsi ikinci plana keçib, ancaq münaqişənin hər an alovlanmaq təhlükəsi azalmayıb.

Hesabatda qeyd edilir ki, son vaxtlar Qarabağ münaqişəsi zonasında o cümlədən artilleriyadan istifadə olunmaqla atışmalar artıb, tərəflər əsl silahlanma yarışına giriblər. “Hadisələrin belə inkişafı Moskvanın və Bakının maraqları ilə kəskin ziddiyət təşkil edə, o cümlədən Moskvanın İrəvanın tərəfindən münaqişəyə qatılması və 2008-ci il “gürcü ssenarisi”nin təkrarlanmasına gətirib çıxara bilər. Bu isə Türkiyə ilə münasibətlərin daha da pisləşməsi deməkdir. Çünki Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyirlər”-Rusiya ekspertləri vurğulayır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031