Erməni müxalifətçi:“İrəvan münaqişənin həllini istəmir”
“Rusiya Qərbin Qarabağ münaqişəsini həll etmək cəhdlərinin qarşısını almaq istəyir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda müxalif “Azad demokratlar” partiyasının sədr müavini Anuş Sedryakyan deyib.
Onun iddiasında görə, Rusiya münaqişəni özü həll etməyə çalışacaq: “Problem ondadır ki, bizim hakimiyyət Rusiyanın dediklərindən kənara çıxa bilmir və “boş vədlərə” inanır. Rusiya “dondurulmuş” münaqişələr üzrə mütəxəssisdir və hakimiyyət presedentləri görmək istəmir”.
Erməni müxalifətçi etiraf edib ki, Ermənistan hakimiyyəti Rusiyanın münaqişəni həll etməmək, yaxud Qərbin belə bir addımının qarşısını almaq cəhdinə kömək edir.