Azərbaycanlı alim beynəlxalq titula layiq görüldü – FOTO
Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülüb.
Publika.az xəbər verir ki, “Jean Monnet Kürsüsü Sahibi” elmi-pedaqoji titul olmaqla Avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyəti və innovativliyini qiymətləndirməyə xidmət edir.
“Jean Monnet Kürsüsü Sahibi” mükafatı alimlərin Avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik bir müddətə verilir.
Muxtar Hacızadə “Jean Monnet Kürsüsü Sahibi” mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2016-cı il tarixində dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 13/16/1112-A7-477/X/B1) alınıb.