Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Yerevan Azərbaycanı “çirkli bomba” ilə hədələdi

Deyəsən, az qala iki il bundan əvvəl haqqiz.az və virtualaz.org-un irəli sürdüyü versiya özünü doğruldur. Xatırladaq ki, 2014-cü ilin yayında ermənilərin Gürcüstanda “çirkli bomba” yığmağa cəhd edə biləcəkləri barədə yazmışdı. O zaman Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə radioaktiv sezium-137 tərkibli zavod konteynerini gətirmək istəyən iki Ermənistan vətəndaşını saxlamışdı. Şübhəli şəxslər 1965 və 1966-cı il təvəllüdlü iki kişi idi. Onlar “Sadaxlo” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Gürcüstanla Ermənistanın sərhədində xüsusi əməliyyat nəticəsində tutulmuşdular. Nə qədər seziumun sərhəddən keçirilməsinə cəhd göstərilməsi barədə məlumat verilmirdi.

İki il əvvəl saxlanılmış şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi (gömrük qaydalarının pozulması və radioaktiv maddələrlə qeyri-qanuni davranış) üzrə cinayət işi başlanmışdı.

* * *

Arayış

Sezium-137 – sənayedə və təbabətdə istifadə olunan radioaktiv maddədir. Lakin ondan “çirkli bomba” adlanan silahın da hazırlanmasında istifadə edilə bilər ki, bu da ərazinin yüksək radioaktiv çirklənməsinə gətirib çıxara bilər. Bu barədə o zaman da haqqin.az və virtualaz.org yazmışdı.

Və bir neçə gün bundan öncə “Komandos” ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan, göründüyü kimi, bu məsələnin üstünü açıb.

Belə ki, Yerevanın “Lragir” nəşrinə müsahibəsində Ter-Tadevosyan Rusiyanın kredit müqabilində Ermənistana satmağı planlaşdırdığı silah-sursatın siyahısının Rusiya tərəfindən açıqlanması məsələsinə dair suala cavab verib. Bundan əlavə, o, Ermənistan ordusunun silahlarının vəziyyəti barədə yayımlanmış ətraflı məlumatı şərh edib.

“Komandos”un sözlərinə görə, “buna artıq reaksiya verilib, bildirilib ki. gizli məlumatlar açıqlanıb, amma mənə elə gəlir ki. heç bir sirr yoxdur, çünki bunlar həqiqətə uyğun deyil”.

Bundan sonra isə bəyanatın ən maraqlı hissəsi gəlir: “Bizdə elə bir silah var ki, düşmənin bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin. Buna görə də, mən silah-sursatın siyahısını açıqlayanları çox tənqid etmirəm. Onlar göstərməyə çalışıblar ki. guya nəsə bilirlər, amma bu Azərbaycan üçün elə də faydalı olmayıb”.

Erməni jurnalistin “yəni, Ermənistanın tamamilə başqa silahı var?” sualına cavab olaraq, Ter-Tadevosyan bildirib: “Yox, əsasən. Siyahıda adı çəkilənlərdir, lakin başqa silah növləri də var. Azərbaycan bunu çox gözəl bilir və onlar bu barədə bir-iki dəfə danışıblar”.

İlk baxışdan “Komandos”un sözlərində təzadlar var. Əvvəlcə o deyir ki, Azərbaycanın ermənilərin gizli silahından xəbəri yoxdur. Sonra isə iddia edir ki, Azərbaycan bunu çox gözəl bilir və onlar bu barədə bir-iki dəfə danışıblar.

Lakin bu yalnız ilk baxışdan təzaddır. Yadımıza salaq ki, Azərbaycanda dəfələrlə Ermənistandakı atom-elektrik stansiyasının işi ilə bağlı narahatlıq ifadə olunub və bildirilib ki, bu AES-in tullantıları Azərbaycanın işğal altında qalmış torpaqlarında toplanır. Ehtimal irəli sürülürdü ki, ermənilərin zəngin terrorçu keçmişini nəzərə alsaq, onlar bütün dünya terrorçularının arzusunu gerçəkləşdirə və bu yaxınlarda Belçikada “bombaçılar”ın edə bilmədiklərini həyata keçirə bilərlər. Ermənistanda radioaktiv maddələrə çıxış var və saytımızın iki il bundan əvvəlki çıxışları da bunu sübut edir.

Lakin Ermənistanın “çirkli bomba”sının olmasını və bundan istifadə etməyə qərarlılığını Azərbaycanda 100% əminliklə bilmirdilər. “Komandos” sağ olsun ki, indi “ermənilərin əli ilə hazırlanan və ən ağır vəziyyətdə Azərbaycan özünə gələ bilməsin deyə istifadə edilə bilən” silahın mövcudluğu barədə bilirik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031