Suriya ordusu Palmiranı tamamilə azad etdi
Suriyanın hökumət qüvvələri Palmira şəhərini İŞİD terror təşkilatından tam azad ediblər.
Virtualaz.org FransPress agentliyinə istinadən bildirir ki, bu barədə hərbi mənbələrdən məlumat verilib.
“Ordu ağır gecə döyüşlərindən sonra Palmiranın həm qədim hissəsini, həm də yaşayış rayonlarını tam olaraq nəzarət altına alıb”, — deyə mənbə bildirib.
Xatırladaq ki, İŞİD bu şəhəri 2015-ci ilin mayında ələ keçirmişdi