Qaçqın və məcburi köçkünlərin kommunal xərclərinə 224 milyon manat ayrılıb
2016-cı ilin dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna 1246,0 milyon manat məbləğində dövlət büdcəsindən ayırmalar (transfert) nəzərdə tutulub.
Publika.az xəbər verir ki, 2016-cıi ldə sosial müdafiə və sosial təminat xərcləri üçün 2698,8 milyon manat vəsait ayrılıb. O cümlədən ünvanlı dövlət sosial yardımı mexanizmininin tətbiqi üçün ehtiyac meyarı 105 manata çatdırılıb. Qaçqınların və məcburi köçkünlərin kommunal xərclərinin ödənməsinə büdcədən 224 milyon manat vəsait ayrılıb.
İqtisadiyyat şöbəsi