Suriya ordusu Palmira şəhərini geri qaytardı
Suriya ordusu uzun müddətdən bəri İŞİD terrorçularının nəzarətində olan Palmira şəhərini geri qaytarıb.
Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun briqada generallarından biri məlumat verib.
Qeyd edək ki, mart ayından bəri hökumət qüvvələri Hizbullah dəstələri ilə birlikdə şəhərə hücumlar təşkil edirdi.
Palmira tarixi abidələrin yerləşdiyi şəhərdir. İŞİD bu şəhəri işğal edən zaman tarixi abidələrin bəziləri dağıdılıb.