Rusiya XİN-i: “Biz həm Azərbaycanın, həm də Ermənistanın yanındayıq”
Rusiya Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin həllini istəyir.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Biz digər həmsədrlərlə bərabər deyil, Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər bu çox mürəkkəb vəziyyətin həllini istəyirik”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva istəyir ki, bu məsələ gündəmdən çıxsın və münaqişə beynəlxalq hüquq əsasında həll olunsun.