Bakıda anadan olmuş erməni Rusiya tərəfindən beynəlxalq axtarışa verildi
Rusiya rüşvət almaqda təqsirləndirilən ermənini beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub. (APA)