Kubada səfərdə olan Barak Obama xoşagəlməz məqamla rastlaşıb. Kubanın prezidenti Raul Kastro ABŞ-ın prezidenti Barak Obamaya onun çiyninnə əl vurmağa icazə verməyib.
ANS PRESS-in məlumatına görə, ötən gün 88 ildən sonra ABŞ prezidenti Havanaya səfər edib. Mətbuat konfransından sonra iki ölkənin lideri görüşüblər. Barak Obama dostluq rəmzi kimi Kastronun çiyninə əlini qoymaq istəyib. Lakin Raul Kastro Obamanın əlini geri çevirib. O, Obamanım əlini yuxarı qaldıraraq silkəliyib. Kastronun hərəkətini B.Obama gülərək qarşılayıb.
Əlavə edək ki, Raul Kastro Barak Obamanı hava limanında qarşılamayıb. ABŞ prezidenti ailəsi ilə bərabər gəlib. Onlar yağışlı havada Havanın küçələrini gəzib. Bir müddət əvvəl ABŞ və Kuba qarşılıqlı olaraq səfirliklərin açılışını edib. Ötən ilin Iyulun 20-də Vaşinqtonda Kuba səfirliyinin açılışı olub və bu ölkənin bayrağı qaldırılıb. Həmçinin ABŞ Dövlət Departamentinin binasında digər ölkələrləÿyanaşı, Kubanın da bayrağı dalğalandırılıb.
ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulub .İki ölkə 1961-ci ildən kəsilən diplomatik əlaqələri yenidən əvvəlki axarına qaytarmaq üçün təmaslarını davam etdirir.