Beynəlxalq Reytinq Agentliyindən Ermənistana bəd xəbər
Moody’s Beynəlxalq Reytinq Agentliyi Ermənistanın dövlət istiqrazları reytinqini Ba3-dən Ba1-ə endirib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, proqnoz “stabil”dən “neqativ”ə endirilib.
Agentlik dəyişikliyin əsas səbəbləri kimi Rusiyadan pul göndərişlərinin azalması üzündən Ermənistanın xarici faktora qarşı zəifliyinin artması, birbaşa xarici investisiyaların perspektivi ilə bağlı qeyri-müəyyənlik, valyutalara münasibətə ifrat həssaslığın artması və daxili valyuta ehtiyatlarına artan təzyiqləri göstərib.
Moody’s İnvestor Service hesab edir ki, Ermənistan iqtisadiyyatının inkişafına geosiyasi situasiya, o cümlədən həll olunmamış Dağlıq Qarabağ konflikti ilə bağlı situasiya da əlavə risklər yaradır.