Şahinlərimiz şərti düşmənin hərbi hava limanını məhv edib – FOTOLAR
Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 və MiQ-29 qırıcı, Su-25 bombardmançı təyyarələri ilə şərti düşmənin hərbi hava limanının və strateji obyektlerinin məhv edilməsi əməliyyatını keçirib.
Təlimlər davam edir.