Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şəkərbura, paxlava, qoğal… Bəs sağlamlıq?

Novruz bayramı öz gəlişi ilə insanlara sevinc, xoş ovqat, bahar nəfəsi gətirir. Bu bayramda süfrələrimiz Novruz şirniyyatları ilə daha da zənginləşir və şirniyyat sevənlər üçün xüsusi bir bayrama çevrilir. Şəkərbura, paxlava, qoğal… Təbii ki, bütün bunlardan imtina etmək mümkün deyil. Ancaq qədərindən çox şirniyyata meylli olmaq sağlamlığımız üçün kifayət qədər böyük problemlər yarada bilər.

Alimlərin fikrinə görə, şirniyyata olan meylliliyin ən ağır nəticələrindən biri xərçəng xəstəliyinin yaranması ola bilər. Çoxlu miqdarda şirin un məmulatlarının qəbulu mədəaltı vəzini insulin yaratmağa və ifraz etməyə məcbur edir ki, bu isə öz növbəsində bağırsaqda təhlükəli şişlərin əmələ gəlməsinə səbəb ola bilər.

Arıqlamaq istəyənlər, xüsusilə də xanımlar şirniyyatdan çox istifadə edərlərsə, öz istəklərinə nail ola bilməzlər. Şirin qidalar, o cümlədən şəkərbura, paxlava və qoğal insanın kökəlməsinə səbəb olur.

Şirniyyatın törətdiyi təhlükələrdən biri də budur ki, hamilə qadınların qidalanmasında karbohidratların bolluğu uşaqlarda allergik reaksiyalara səbəb ola bilər və onlarda sinir sisteminin xəstəliklərinin inkişaf riskini artırmağa kömək edər.

Həddindən artıq şirniyyatdan istifadə etmək uzunömürlülüyə olduqca mənfi təsir göstərir. Alimlərin gəldiyi qənaətə görə qlükoza insan ömrünü 25 faizini azalda bilər.

Şirin qida həzm prosesində də problemlər yaradır. Xüsusilə keyfiyyətlə hazırlanmayan şirniyyatlar mədə-bağırsaq sistemində xoşagəlməz hallara səbəb ola bilər.

Şirin qidalar insan dərisinə də mənfi təsir göstərir, xüsusilə üz dərisində vaxtından əvvəl qırışların yaranmasına yardımçı olur.

Həmçinin şirniyyat allergiyaya da səbəb ola bilər.

Yüksək qan təzyiqindən və şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlərə isə şirin qidalardan uzaq olmaq məsləhət görülür.

Şirniyyatı sevənlər dişlərinin qayğısına daha çox qalmalıdırlar. Çünki şirin qidalar dişlər üçün də problem yaradır.

Şirniyyat həmçinin insan beyninin fəaliyyətinə də mənfi təsir göstəririr. Buna görə də xüsusilə uşaqların şirniyyata aludəçiliyinə imkan verilməməlidir.

Bayram günlərində şirniyyatların sağlamlıq üçün yaratdığı ən başlıca problem odur ki, bir çox insanlar bu günlərdə günorta və axşam yeməklərini də şəkərbura və paxlava ilə əvəzləyirlər. Daha dəqiqi isə bu təamlardan o qədər istifadə edirlər ki, gündəlik insan üçün lazım olan digər qidalara nə iştaha qalır, nə də ki, həvəs. Belə olan halda isə orqanizm insanın həddindən artıq qəbul etdiyi şirniyyatlara “xeyir-dua” verə bilmir.

Bütün bu sadaladıqlarımız heç də o demək deyil ki, xanımlarımızın həvəslə hazırladıqları şirniyyatlarından özünüzü məhrum edəsiniz. Süfrələrimizə daha çox Novruz bayramında düzülən şəkərbura, paxlava, qoğaldan imtina etməyin. Ancaq qədərində. Bayram süfrəniz bol və şirin olsun. Novruz bayramınız mübarək.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031