Azərbaycan Türkiyə istehsalı olan yeni silahı almaq istəyir
Azərbaycan Türkiyənin yeni istehsal etdiyi milli MPT-76 tüfəngni öz arsenalına qata bilər.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin istehsal etdiyi yeni tüfəngə ABŞ, Çili və Azərbaycan böyük maraq göstərib.
Türkiyədə MKEK silah fabrikasınının istehsal müdiri Mehmet Dəmirəl agentliyinə açlıqlamasında bildirib ki, MPT-76-ya böyük tələb var.
“Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, öncə Türkiyə Silahlı Qüvvələrini bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, – deyə o bildirib.