Rusiyada təyyarə qəzaya uğradı – 62 nəfər öldü
Rusiyanın Rostov-na-Donu şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan ekipaj üzvləri də daxil 62 nəfərin hamısı həlak olub.
Boeing 737-800 təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. Belə ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.
Qəzadan sonra hadisə yerində güclü yanğın olub. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay – Rostov-na-Donu marşrutu üzrə uçduğu bildirilir. Təyyarə “flydubai” aviaşirkətinə məxsus olub.
İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.