Ermənistan ordusunun iç üzü
Əsgər və zabitlər ordudan narazılığını xalqa bildirirlər
Dünyada və Rusiya Federasiyasında cərayan edən iqdisadi çətinlik fonunda Ermənistanda sosial-iqtisadi sahələrdə gərginlik olduqca dərinləşib. Təbbidir ki, bu vəziyyət Ermənistan ordusundan da yan keçməyib. Artıq “Qarabağ klanı” Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədən kənar halları gizlətməkdə çətinlik çəkir.
Bütün qadağalara baxmayaraq sosial şəbəkələrdə və KİV-də yayılan xəbərlər göstərir ki, Ermənistan ordusunun hazırki vəziyyəti kritik həddə çatıb. Adətən orduda çətinliklər, problemlər barədə əsgərlər, zabitlər mərhələli şəkildə yuxarı komandirlərə müraciət edib dərdlərinə çarə tapsalarda bu proses Ermənistan ordusu üçün keçərli sayılmır. Rəhbər şəxslərin tabeçiliyində olan əsgər və zabitlərə “qayğısı” o dərəcədə yüksəkdir ki, aşağı vəzifədə olanlar, xüsusən də Ermənistan erməniləri problemlər barədə böyük rəislərə deyil, sosial şəbəkələr vasitəsi ilə xalqa bildirirlər.
Belə hərbi qulluqçulardan biri də “Gevartsi” Merujan Aloyandır. O, təqibə, işgəncəyə məruz qalacağını bilsə də, öz “facebook” səhifəsində sevgilisi Lusine Arakelyan belə yazır: “Ölkədə mövqe və sərvət üstündə aparılan “klan savaşı” orduya da sirayət etməyə başlayıb. Ordudakı “Qarabağ klanı” mənsubları rüşvət və maddi təminat əldə edə biləcəyi vəzifələrə təyin olunmağa can atırlar. Ermənistandan olanlar isə ümumiyyətlə Qarabağa gəlməkdə maraqlı deyil. Çünkü ordu rəhbərliyi onları yaxşı qarşılamır və xidmətlərinə maneçilik yaradır. Belə hallardan qaynaqlanan rüşvətin, ayrı seçkiliyin, özbaşınalığın, ədalətsizliyin, aclığın və digər neqativ halların qurbanına çevrilmiş fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgər xidmətin ilk günlərindən ya intihar etmək yolunu seçir, ya da özünə xəsarət yetirərək xidmətdən yayınmağa çalışır”.
Merujan daha sonra qeyd edir ki, Ermənistan ordusunda milli azlıq problemi var. Belə ki, ermənilərin ən böyük problemlərindən biri də Ermənistanda yeganə azlıq olan yezidi kürdlərlədir. Gördükləri özbaşnalığı və haqsızlığı qəbul etməyən kürdlərlə ermənilərin tez-tez mübahisələri yaranır, hətta ölümlə nəticələnənləri da olur.
O, öz paylaşımında bildirir ki, hərbi hissələrdə əsgərlərin öz valideyinləri ilə əlaqə saxlaması üçün internet otaqları yaradılmışdı. Lakin, son zamanlar bu növ bağlantı vasitəsi ilə hərbi qulluqçuların valideyinlərə orduda baş verən neqativ hallar barədə məlumatların sızmasının qarşısını almaq məqsədi ilə bu otaqları bağladılar. Çünki internet vasitəsi ilə övladlarından xəbərdar olan valideyinlər yaşayış yerlərində və ya hərbi hissələrə gəlib səs-küy qaldıraraq övladlarını geri almağı tələb edirdilər.
Bu mövzunu diqqətimizdə saxlayacaqğıq və yaxın vaxtlarda daha geniş məqalə ilə tanış olacaqsınız.
İlkin Paşazadə