Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycanla Ermənistan arasında bayram atəşkəsi: hər iki tərəf razılaşdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin qarşıdan gələn Novruz və Pasxa bayramları günlərində Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə riayət edilməsinə dair çağırışına hər iki tərəf müsbət cavab verib. Anjey Kasprşik bu çağırışla qoşunların təmas xətti boyu yenidən ağır silahların işə düşməsi ilə müşaiyət olunan toqquşmalardan sonra çıxış etmişdi.

Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatında Kasprşikin çağırışına cavab olaraq “sərhəddə atəşkəs rejiminə ciddi əməl etməyə hazır olduqlarını” bildirib. “ATƏT sədrinin şəxsi nümayəndəsinin çağırışına reaksiya olaraq Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Silahlı Qüvvələri silahlı qarşıdurmada gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addım atmayacaq və Ermənistan sərhədlərində atəşkəs rejiminə ciddi riayət edəcək. Bir şərtlə ki, Azərbaycan Silahlı Qüvvələri də bu çağırışa müsbət reaksiya versin”-bəyanatda deyilir.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib. Nazirlikdən yayılan bəyanatda deyilir ki, Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır:

“Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Müdafiə Nazirliyi bildirir ki, Anjey Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.

Beləliklə, Kasprişikin bayram atəşkəsi çağırışına hər iki tərəf müsbət reaksiya verib və bu, əslində, 1994-cü ildə əldə edilən, ancaq faktiki olaraq işləməyən atəşkəs razılaşmasının məhdud müddətə də olsa yenilənməsi hesab edilməlidir. Lakin bir məqama diqqət yetirmək vacibdir: Ermənistan Müdafiə Nazirliyi atəşkəsə “Ermənistan sərhədləri boyu” ciddi əməl etməyə hazır olduğunu bildirir, bununla da Qarabağda atəşkəsə guya “qondarma dqr –in” cavabdeh olduğuna eyham vurur. Elədirsə Azərbaycan Silahlı Qüvvələri də Ermənistanla dövlət sərhədləri boyu atəşkəsə ciddi riayət edə bilər, ancaq Qarabağda erməni mövqelərinə zərbə endirsə o zaman Ermənistan MN ATƏT-ə şikayətlənməyəcək ki?

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031