Ermənistan ordusunun daha bir əsgəri intihar etdi
Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazisində daha bir əsgərini itirib.
Publika.az xəbər verir ki, martın 17-də saat 17:30-da 1997-ci il təvəllüdlü Ovanes Artünyan silahdan açdığı atəş nəticəsində intihar edib.
Ermənistan ordusunun rəsmi məlumatında O. Artünyanın ehtiyatsızlıq nəticəsində həlak olduğu deyilir. Lakin Ermənistan mediası əsgərin özünü öldürdüyü haqda məlumat yayıb.
Qeyd edək ki, son günlər Ermənistan ordusunda intihar hallarının sayı artıb