Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının ünsiyyəti qaçılmazdır

Dağlıq Qarabağın azərbaycanlı icması düz 5 ildir ki, bu bölgənin erməni icmasına görüş təklif edir, amma ermənilərdən imtina cavabı alır.

ANS PRESS-ə bu barədə məlumat verən Milli Məclisinin deputatı, Dağlıq Qarabağ İcma Şurasının idarə heyəti üzvü Rövşən Rzayev bildirib ki, Azərbaycan tərəfi bu istəyini bütün beynəlxalq müstəvilərdə ifadə edir: “2011-ci ildən bu yana, demək olar ki, biz ildə iki-üç dəfə Dağlıq Qarabağın erməni icmasına görüş təklif edirik. Amma onlar hər dəfə görüşdən qaçırlar”.

“2011-ci ildən bu yana, demək olar ki, biz ildə iki-üç dəfə Dağlıq Qarabağın erməni icmasına görüş təklif edirik. Amma onlar hər dəfə görüşdən qaçırlar”.

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşləri münaqişənin sülh yolu ilə nizamlanması baxımından çox vacibdir: “Hər halda, itirilmiş əlaqələr bərpa edilməlidir. Münaqişə istənilən halda Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində həll ediləcək, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan sərhədləri daxilində birgə yaşayacaqlar”.

Millət vəkili Rövşən Rzayev Almaniyada Qarabağ həqiqətlərindən danışır

Bu fikir  Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşü zamanı da səsləndirilmişdi. Elmar Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini vurğulamışdı.

Münaqişənin 28 illik tarixi göstərir ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü məhz Ermənistan, xüsusilə də Ermənistanın indiki rəhbərliyi istəmir. Əksinə, indiki Ermənistan rəhbərliyinin təmsilçiləri həmişə bilərəkdən Dağlıq Qarabağın hər iki icmasının arasında nifaq toxumu səpib. Bunu indiki Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala hələ 2000-ci ilin dekabr ayında verdiyi müsahibədə açıq bildirmişdi. Stenoqramının rus versiyası Karneqi Fondunun saytında yerləşdirilmiş müsahibədə Serj Sarkisyan Xocalıda soyqırımı bilərəkdən törətdiklərini etiraf etmişdi.

“Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilərək 613 nəfər dinc sakinin ölümü ilə nəticələnmiş soyqırım barədə danışan erməni prezident bunda məqsədin Qarabağın dinc azərbaycanlı sakinləri arasında ermənilər barədə fobiya yaratmaq olduğunu bildirib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar (ermənilər – red.) sadəcə zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi”.

“Onlar istəyir ki, biz Qarabağdakı separatçı rejimi danışıqlarda tərəf kimi qəbul edək. Rəsmi Bakı heç vaxt buna getməyəcək”.

Millət vəkili Rasim Musabəyov ANS PRESS-ə müsahibəsində ermənilərin bu  fəaliyyətinin arxasında daha məkrli niyyət durduğunu bildirib: “Onlar istəyir ki, biz Qarabağdakı seperatçı rejimi danışıqlarda tərəf kimi qəbul edək. Buna görə icmalar səviyyəsində görüşlərə mane olurlar. Seperatçı rejimi münaqişə tərəfi kimi qəbul etmək beynəlxalq huquqa ziddir. Rəsmi Bakı heç vaxt buna getməyəcək”.

Erməni seperatçılarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinə mane olmasının başqa bir səbəbi isə Madrid prinsipləri ilə bağlıdır. Madrid prinsiplərinə əsasən, birinci mərhələdə Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon – Ağdam, Fizuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonları, həmçinin Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalıdır.

Daha sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilməlidir və  azərbaycanlı icma Dağlıq Qarabağa qaytarılmalıdır. Məhz bundan 5 il sonra Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməlidir.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Erməni seperatçılarının ən böyük qorxusu məhz bununla bağlıdır. Onlar qorxur ki,  azərbaycanlı icma ilə görüşdən sonra Qarabağın sadə erməni sakinlərində yenidən Bakı sevgisi bərpa oluna bilər. Sirr deyil ki, ermənilər Qarabağın xristian əhalisinə “şurtvas”, yəni dönmə deyirlər.

“Erməni hökumətinin agenti olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Bu, Qarabağın əhalisi üçün Bakıdakı həyat mənbəyindən məhrum olmaq və heç vaxt əlaqədə olmadığı İrəvana bağlanmaq deməkdir”.

Qarabağ xristianları tarixən özlərini Azərbaycanın ayrılmaz hissəsi sayıblar və bu fikir SSRİ-nin rəhbərlərindən biri, erməni kommunist Antanas Mikoyanın 1919-cu il mayın 22-də Bakıdan Vladimir İliç Leninə göndərdiyi məktubda açıq görünür. Antanas Mikoyan yazırdı: “Erməni hökumətinin agenti olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Bu, Qarabağın əhalisi üçün Bakıdakı həyat mənbəyindən məhrum olmaq və heç vaxt əlaqədə olmadığı İrəvana bağlanmaq deməkdir”.

Tiflis quberniyasında doğulmuş, erməni, gürcü və Azərbaycan dillərini təmiz bilmiş Antanas Mikoyan Eçmiadzində dini akademiyada da oxumuşdu. Buna görə erməni tarixini də, Qarabağın xristian əhalisinin əhval-ruhiyəsini də yaxşı bilirdi. 1919-cu ildə Bakıda yaşamış Mikoyan həmin illərdə kommunistlər arasında Azərbaycanın müstəqilliyinin qatı tərəfdarı kimi tanınırdı. Yəni Antanas Mikoyan Qarabağın xristian əhalisi üçün müstəqil Azərbaycanın tərkibində yaşamağı ən əlverişli variant sayırdı. Erməni seperatçıları Qarabağ xristianlarının yaddaşında məhz bu hisslərin oyanmasından qorxurlar.

Antanas Mikoyanın Bakıdan Leninə yazdığı məktub - 22 may 1919-cu il

Antanas Mikoyanın Bakıdan Leninə yazdığı məktub – 22 may 1919-cu il

“Dağlıq Qarabağın erməni icmasında Azərbaycan tərəfdarlarının sayı indi də az deyil”.

2009-cu ildə Dağlıq Qarabağa səfər etmiş, dəfələrlə İrəvanda olmuş millət vəkili Rövşən Rzayevin sözlərinə görə, Dağlıq Qarabağın erməni icmasında Azərbaycan tərəfdarlarının sayı indi də az deyil, sadəcə hakimiyyətdə olan seperatçı qruplaşma onlara öz fikirlərini sərbəst ifadə etməyə imkan vermir: “Bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də rolu az deyil. Həmsədr ölkələr bu 24 il ərzində münaqişənin sülh yolu ilə həll edilməməsi üçün əllərindən gələni ediblər”.

Yəni fikir aydındır və millət vəkili Qarabağın bu iki icmasını ayrı salmağa çalışan  erməni seperatçılarının haradan dəstək aldığını açıq bildirir. Buna görə də Azərbaycan rəhbərliyi  hər vəchlə Dağlıq Qarabağın erməni icması ilə əlaqələr qurmalı, onların Azərbaycan cəmiyyətinin tam hüquqlu üzvləri olmasını onlara başa salmalıdır. Bunun üçünsə ən əlverişli variantlardan biri icma üzvlərinin görüşüdür. Hər halda, atalarımız “köhnə dost düşmən olmaz” deyiblər. Buna görə də Qarabağın hər iki icması arasındakı dostluq münasibətləri yenidən bərpa olunmalıdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031