Serj Sərkisyan ABŞ-a gedir
Bir neçə gündən sonra Serj Sərkisyan ABŞ-a yollanmaq niyyətindədir. Bu barədə virtualaz.org «Ermənistan xəbərləri» portalına istinadən məlumat yayıb.
Belə ki, Ermənistan prezidenti martın 16-da Kipr universitetinin müəllim və tələbə heyəti qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, digər tədbirlər sırasında Massaçusets texnoloji universitetində Amerikadakı erməni alimlər və tələbələrlə böyük görüşün keçirilməsi də nəzərdə tutulur.