Qarabağ separatçısı Almaniyadakı seçkilərə qatıldı
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ respublikası”nın nümayəndəsi Vaqram Poqosyan Almaniyada martın 13-də keçirilmiş yerli seçkilərdə müşahidəçi kimi iştirak edib.
Ermənistan KİV-i xəbər verir ki, “Azad Vətən” partiyasının mətbuat katibi olan Poqosyan “Almaniya üçün Alternativ” millətçi partiyasının dəvəti ilə Baden-Vürtemburq federal torpağındakı seçkilərdə müşahidəçi olub.
Səfər zamanı separatçı partiya funksioneri Ştutqart meriyasının üzvləri və Baden-Vürtemburq federal məclisinin deputatı Henrix Fişerlə görüşüb.