“İlham Əliyev bununla da türk düşmənlərinə sillə kimi cavab verdi”
Belə gündə bir prezident İlham Əliyevin Türkiyəyə səfəri rəsmi Bakının bir daha qardaşlarımızın yanında olduğunu bəyan etdi. Bu sözləri Azərbyacan Alpaqut Federasiyasinin prezidenti, tanınmış ictimai fəal Aqil Acalov Azərbaycan prezidenti İlham Əliyevin Strateji Əməkdaşlıq Şurasının V iclası ilə bağlı Türkiyəyə baş tutan səfərini şərh edərkən bildirdi. “Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji səviyyədədir. Qardaş ölkədə baş verən dəhşətli terror hadisəsindən sonra İlham Əliyevin Türkiyəyə səfəri türk düşmənlərinə cavab vermək kimi qiymətləndirilməlidir. Əslində, bu səfəri belə adlandırmaq olar: Gerçək qardaşlıq budur və bunu hansısa qüvvə poza bilməz. Prezident İlham Əliyev bir daha subut etdi ki, güclü xarakterli liderdir. Ona hansısa təzyiqlər etmək mümkün deyil və belə ağır gündə qardaş ölkəni yalnız buraxmaq olmaz”-A.Acalov əlavə edib.
yknews.az