Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən yaxalandı
Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı iri məbləğdə rüşvət alarkən tutulub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Məlumata görə, rüşvət aldığı yerdə yaxalanan Ermənistan Müdafiə Nazirliyində departamentlərdən birinin əməkdaşı Arsen Qaribcanyandır.