Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aclığa, səfalətə və təhqirlərə dözməyən erməni hərbçiləri bir-birini qırır

Mart ayı ərzində daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən, Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Planetaarmenia.ru saytı xəbər verir ki, Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur.

“Lakin bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, ordumuzda vəziyyət bizim təsəvvür etdiyimizdən də qat-qat acınacaqlı, ağır və ciddidir. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəziyyətdən yeganə çıxış yolunu isə onlar intiharda, özlərinə müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər”, – deyə sayt yazır.

Sayt Ermənistan ordusundakı acınacaqlı vəziyyətə bəzi misallar göstərir. Məsələn, Ermənistandan hərbi xidmətə çağırılan zabit, Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə ciddi xəsarətlər alan bir neçə nəfər Xankəndi hərbi hospitalına çatdırılıb. Levona isə həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar. Kütləvi davanın digər iştirakçıları isə Yerevandan gələn təhqiqat qrupunun üzvlərinə cavab verməli olacaqlar. Çünki artıq Ermənistanda yerli-qarabağlı prokurorlara etibar etmirlər.

Daha bir fakt. Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə çatdırılıb.

Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən ermənistanlı Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkarlanıb.

Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd göstərib. Digər iki hərbçi – kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da təhqirlərə və alçaldılmaya tab gətirməyərək xidmət yerlərini özbaşına tərk ediblər.

Aravot.am saytının yaydığı xəbərə görə, martın 14-də Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissələrin birində əsgər ölümü baş verib. Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar edib.

Sayt daha sonra yazır: “Ermənistan hakimiyyətinin qadağalarına baxmayaraq, sızan məlumatlara əsasən, belə bir sadə nəticəyə gəlmək olar ki, ordumuzda xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə adi hadisə, sui-qəsd isə təbii haldır. Amma narahatçılıq doğuran daha bir hal əsgərlər arasında panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, hərbçilər qorxudan tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərimizi də düşmənlə səhv salaraq atəşə tuturlar”.

P.S. Martın 15-də Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı Arsen Qəribcanyan küllü miqdarda rüşvət alarkən hərbi polisin xüsusi əməliyyat xidməti tərəfindən saxlanılıb. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031