Rusiya ordusunu Suriyadan çıxarır
Rusiya ordusu Suriyadan çıxarılır.yknews.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.
“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, – deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.