Keçmiş nazir Sərkisyana qarşı partiya yaradır
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni siyasi partiya yaradır.
Ermənistan KİV-ixəbər verir ki, Oskanyan bu barədə yerli jurnalistlərə deyib.Yaxın günlərdə yeni partiya yaradıldığını elan edəcəm”.
Keçmiş nazir partiyasına üzv olacaq simalar barədə danışmasa da, deputalar, tanınmış ictimai xadimlər və gənclərin yeni partiyada təmsil olunacağını deyib.
Oskanyan partiyasının sabiq prezident Robert Köçəryanla bir əlaqəsinin olmadığını da vurğulayıb.