Hökumət qərar verdi,bayramda 9 gün iş olmayacaq
Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Nazirlər Kabinetinin qərarına əsasən, büdcə təşkilatlarında işləyənlər martın 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27-də istirahət edəcəklər.