Aİ-nin xüsusi nümayəndəsi Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Bakıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə edəcək.
Bu barədə Trend-ə Aİ-nin Brüsseldəki ofisindən bildiriblər.
Martın 15-17-də Azərbaycana səfəri çərçivəsində H.Salber ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.