Rusiya kosmosa raket buraxa bilmədi
Bir neçə dəqiqə bundan əvvəl Baykonur kosmodromundan kosmosa Rusiyanın «Soyuz-2.16» daşıyıcı raketi qalxmalı idi.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, «Resurs-P» №3 adlı yerin məsafədən zondlaşdırılması peykini kosmosa aparacaq raketin buraxılışı uğursuzluqla nəticələnib.
«Roskosmos» özünün «Twitter»dəki mikrobloqunda uğursuzluğu mühərrikin avtomatik sönməsi ilə izah edib.