“Erməni xalqının müqəddəratı özündə deyil”–Aleksandr Miqranyan
“Köçəryan və Sarkisyan hakimiyyəti ölkəni rusların ixtiyarına verib. Onlar hətta bir ailəni qanına-qəltan etsə belə, güldən artıq söz deyə bilmirik”.
aravot.am-n verdiyi xəbərə görə, bunu erməni politoloq Aleksandr Miqranyan deyib. Miqranyan bildirib ki, hazırda nə erməni xalqı, nə də Ermənistan müstəqil deyil: “Ölkə qanunlarına əsasən, Gömrük İttifaqına qoşulub-qoşulmamağımız referendumla müəyyənləşməli idi. Əvvəl Gömrük İttifaqına “qoşdular” ölkəni, sonra da yeni ana qanun “qəbul” etdilər. Referendumdan belə söhbət getmədi. Bir sözlə, erməni xalqının müqəddəratı özündə deyil. Roberti də, Serjiki də buraya ruslar təyin etmişdilər. Xalq artıq bunu anlamağa başlayıb”.