Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni şərhçi Ermənistan ordusunun gücsüzlüyünü etiraf etdi

Ermənistanın hərbi sahədə uğurları çox şübhəlidir. ANS PRESS-in məlumatına görə, erməni şərhçi İqor Muradyan bu barədə bu gün yazdığı məqalədə vurğulayıb.

“Ermənistan silahlı qüvvələri arxaik görünür, çağdaş müdafiə tələblərinə cavab vermir”.

Avropa ilə münasibətlər balansında Azərbaycanın və Ermənistanın yerinə həsr olunmuş məqalədə İqor Muradyan uğurlarını dəfələrlə şişirtməyin ermənilərə xas adət ollduğunu vurğulayıb: “Rusiya ilə hərbi əməkdaşlıq çağdaş silahlı qüvvələr yaratmağa imkan vermədi, Rusiya ilə birtərəfli əməkdaşlıq üzündən çox sayda problemlər var. Ermənistan silahlı qüvvələri arxaik görünür, çağdaş müdafiə tələblərinə cavab vermir”.

Muradyanın fikrincə, Ermənistan hərbi məsələdə özünü çətin vəziyyətə salıb və bu, onun iqtisadi i nkişafına, insan resurslarına uyğun gəlmir: “Ermənistan silahlı qüvvələri qarşısında duran öhdəliyi yerinə yetərməsi üçün 100 min şəxsi heyətə, xeyli artıq hərbi-hava və zirehli tank qüvvələrinə malik olmalıdır”.

Erməni şəhrçi bu məsələdə, təbii ki, haqlıdır. Toplam əsgər sayı 35-40 mini keçməyən Ermənistan ordusu Azərbaycan ordusuna iki dəfədən çox uduzur. Ermənistan ordusunun texnikası da İkinci Dünya müharibəsindən sonrakı dövrləri andırır.

İqor Muradyan seperatçı rejimin verdiyi Mesrop Maştos oredinindən imtina edib - 2 fevral 2015-ci il

İqor Muradyan seperatçı rejimin verdiyi Mesrop Maştos oredinindən imtina edib – 2 fevral 2015-ci il

İqor Muradyan həm də  düşünür ki, kəskin münaqişə şəraitində qalmış Ermənistanda regiondakı silahlanma yarışını uduzur: “Bu işin öhdəsindən gəlmək üçün Ermənistan hərbi xərcləri iki dəfə artırmalıdır. Hətta diasporun  yardımı ilə belə bu, mümkün deyil. Ermənistanın siyasəti silahlanma yarışından uzaqlaşıb, regionda fərqli münasibətlər rejiminə daxil olmağa əsaslanmalıdır”.

“İşin öhdəsindən gəlmək üçün Ermənistan hərbi xərcləri iki dəfə artırmalıdır. Hətta diasporun yardımı ilə belə bu, mümkün deyil”.

Bütün bu etirafları ilə yanaşı, İqor Muradyan da özü bəhs etdiyi erməni xasiyyətindən əl çəkə bilmir. Erməni şərhçi Avropa və ABŞ ilə münasibətlərdə ölkəsinin imkanlarını həddindən artıq dəyərləndirir:  “Ermənistan ABŞ və Avropada Cənubi Qafqaz üzrə sabitliyə təsir edə biləcək yeganə ciddi hərbi tərəfdaş sayılır. Ermənistanın NATO ilə tərəfdaşlığı çox sayda regiondaxili məsələlərlə yanaşı, bir sıra strateji məsələlərin həllinə də imkan verər. Ermənistanın Cənubi Qafqazdakı qonşuları müdafiə sahəsində daha zəif təşkilatlanıblar və yetərincə dinamik deyillər”.

Azərbaycan Müdafiə Nazirliyinin sabiq işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsinə İqor Muradyanın NATO – Ermənistan münasibətlərinin perspektivi barədə dediyi bu cümlələri əsassız adlandırıb: “İqor Muradyan Ermənistanda həqiqəti etiraf etməyi bacaran nadir şəxsiyyətlərdəndir. Ermənistan ordusunun vəziyyəti ilə bağlı dediklərində tamamilə haqlıdır, amma NATO ilə münasibətlər barədə dediklərində erməni ədəbazlığından əl çəkə bilmir”.

Üzeyir Cəfərov Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Üzeyir Cəfərov Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Üzeyir Cəfərovun fikrincə, Muradyan böyük ehtimalla ermənilərin xristian olmasına işarə vurur: “Bu yenilik deyil. Ermənistan bu illər ərzində Qarabağı bu amilin hesabına işğal altında tuta bilib.  Serc Sarkisayan bir neçə gün əvvəl Moskvada Qarabağ məsələsində Rusiyanın verdiyi dəstəyə görə Putinə minnətdarlıq elədi. Bu, əslində, Minsk qrupunun həmsədr ölkələrinə edilən minnətdarlıq idi”.

“49 il ərzində Ermənistan NATO ilə Rusiyanın icazəsi olmayan heç bir əməkdaşlıq edə bilməz”.

Lakin  polkovnik-leytenant düşünür ki, xristianlıq amili Ermənistanı NATO üçün maraqlı etmək üçün yetərli amil deyil: “Ermənistan öz ərazisini 49 illiyə başqa dövlətə (Rusiyaya) icarəyə verib, 49 il Ermənistanın sərhədlərini başqa dövlət qoruyacaq. Təbii ki, 49 il ərzində Ermənistan NATO ilə Rusiyanın icazəsi olmayan heç bir əməkdaşlıq edə bilməz”.

Amma buna baxmayaraq, ermənilərin Rusiyanın gələcəyinə elə də inanmadıqlarını görmək olur. Buna görə də, Qarabağ klanı Muradyan kimi keçmiş firqədaşlarının dili ilə Qərbə potensial əməkdaşlıq mesajları verir. Təsadüfi deyil ki, prezident Serj Sarkisyanın Moskvaya səfərindən bir neçə gün öncə müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandayan Brüsselə səfər edib, qərbə  dairələrinin könlünü almağa çaldışıblar.

Amma 1915-ci ildə baş vermiş Van hadisələri göstərdi ki, ermənilərin bu cür ikili oyunları başlarına faciə ilə çatlayır. İndi Muradyan kimi şərhçilər soydaşlarını nə qədər xəbərdar etsə də, bunun xeyri yoxdur – erməni xalqı həmişə çoxbilmişlik göstərərək öz faciəsini öz əli ilə hazırlayır. Çoxbilmiş quş, adətən, dimdiyindən tələyə düşür. Ermənilər də indi dimdiklərini uzadıb eyni vaxtda iki hində dənlənmək istəyirlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031