Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycanlığımız və Türklüyümüz-2.yazı

“Azərbaycan” kəliməsinin formalaşması dövründə onunla yanaşı “Manna” da olmuşdur. Bizcə, “Manna”, “Munna”, “Mini” eləcə də, “İşquz”, “İskit”, “Kas” kimi kəlimələr bu ərazidə yaşayan Türksoylu xalqlara verilmiş müxtəlif adlardır. Məsələn,  “quzlar-qazlar-oğuzlar-xəzərlər” Assur mənbələrində işquz-aşkenaz, yunan mənbələrində kaslar, iskitlər ərəblərdə quzlar, xəzərlər farslarca turlar-turanlılar və s. kimi yad edilmişdir. Əsas məsələ odur ki, İskit-İşquz-Aşkenaz-Quz Oğuz-Xəzər dövlətidir; Kaspi-Quz-Quzğun Xəzər-Oğuz dənizidir; Azərbaycan-Turan-Turukki Türklər ölkəsidir. Bunu, yalnız yerli Dədə Qorqud boyları, Oğuz-Türk qaynaqları deyil, eyni zamanda  Assur, Yunan, Ərəb, Fars, Suriyani və başqa yadelli mənbələr də təsdiqləyir.

Əfzələddin Xaqani, Nizami Gəncəvi birmənalı şəkildə Azərbaycan, Xəzran (Xəzərlər ölkəsi), Turan,  Türkistan dövlətlərindən, onların qəhramanlarından bəhs edirlər. Əslində Ə.Xaqani, N.Gəncəvinin Azərbaycanla yanaşı Xəzran, Turan, Türkistandan söz açmaları bir cümlədə tamamilə öz əksini tapmışdır: “Azərbaycan türklərin qədim dövrdən bəri yaşadığı ölkədir”. 7-ci əsrdə xəlifə Müaviyənin müşaviri tərəfindən səsləndirilmiş bu həqiqəti o zaman yalnız ərəblər deyil, bütün millətlər qəbul edirdilər. Belə ki, fars mənbələrində də “Azərbaycan” dedikdə, “qədim türklər ölkəsi” başa düşülmüşdür. Deməli, ən azı 7-ci əsrdə təsdiq olunmuş “Türklərin ölkəsi” ruhlu “Azərbaycan” kimliyi heç kəsdə şübhə doğurmurdu.

“Türklərin ölkəsi” anlamında formulə edilən “Azərbaycan”ın Fəxrəddin, N.Gəncəvi, Xaqani və başqaları tərəfindən eyni anlamda ifadəsi təbii idi. F.Rəşiddədin də bu düşüncənin davamı kimi “Oğuznamə”də “Azərbaycan” sözünü Oğuz xanla bağlamışdır. Bu həm də Dış Oğuzlarla İç Oğuzların bütünləşməsindən sonra Oğuzların miladdan öncə 10-6-cı əsrlərdə Azərbaycnda aparıcı qüvvəyə çevrilməsi, hətta oğuzların tanınmış xanı Oğuz xanın “Azərbaycan” adının banisi anlamında öz ifadəsini tapmışdır. Deməli, “Azərbaycan” İç Oğuzlarla Dış Oğuzlarla bağlı ortaya çıxmışdır. Çox güman ki, İç Oğuzlar  xəzərlər olmuş, öz adını Xəzər dənizinə, Azərbaycan ölkəsinə vermişdir. Bu anlamda “Azərbaycan” dedikdə, oğuzların və xəzərlərin ölkəsi başa düşülməlidir. Hətta, F.Rəşiddədinə görə hərfi mənada da “Azərbaycan” oğuzlarla, Oğuz xanla bağlı olmuşdur.

Orta Çağda “Azərbaycan” hərfi mənada hansı məna daşımasından asılı olmayaraq “Oğuzlar, Türklər ölkəsi” kimi anlaşılmışdır. Ona görə də, 7-ci əsrdən başlayaraq A.A.Bakıxanovun “Gülüstani-İrəm” nədək bütün tarixçilər “Azərbaycan”ı “Türklərin ölkəsi” kimi qəbul ediblər. Bizcə, 7-ci əsrdə Azərbaycanın “Türklər ölkəsi” kimi yad edilməsi, artıq oğuzlar, qıpçaqlar, xəzrələr, hunların daha çox türklər, bəzən də turanlılar adı altında tanınmasıdır. Artıq ilkin orta əsrlərdə “Türk” sözü Oğuz-Xəzər-Hun-Qıpçaq soyluların ümumiləşdirici adına çevrilmişdir. Türk ulusunun Oğuzlar və Xəzərlər yaşayan ölkəsi əsasən “Azərbaycan” idisə, Oğuzlar və Xəzərlə yanaşı bütün Türk xalqlarını özündə birləşdirən isə Turan olmuşdur. Bu anlamda Orta Çağ müəllifləri “Azərbaycan”, “Azərbaycan ölkəsi” ifadələrini ərazi və coğrafi anlamdan uzaq Oğuzlar və Türklər ölkəsi kimi ulus anlamında ifadə ediblər. Beləliklə, Dərbənddən Kəngər körfəzinə, Bakıdan Qarsadək “Azərbaycan” kimliyini müəyyənləşdirən millət Oğuzlar-Xəzərlər-Türklər olmuşdur, bu gündə həmin gerçəklik davam etməkdədir. Bizcə, ərəb və fars tarixçiləri də “Oğuz-Xəzər” kimliyindən çıxış edərək Azərbaycan ölkəsini ya da Azərbaycan coğrafiyasını bu ərazilər çərçivəsində görmüşlər.

Bütün bunlardan çıxış edərək hesab edirik ki, “Azərbaycan” sözü həmin kəlimənin özündə ifadə olunan vahid millətin (Oğuz, Türk) və vahid ölkənin (Oğuz, Xəzər) adıyla bağlıdır. Orta Çağ müəllifləri də Oğuz ulusunun mahiyyətindən çıxış edərək ölkə və coğrafi anlamında “Azərbaycan”dan söz açıblar. Bütün türksoylu xalqlar üçün də “Azərbaycan”a sahib olmaq, yalnız coğrafi və ölkə anlamı daşımamış, burada milli mənsubiyyət əsas rol oynamışdır.

Deməli, Orta Çağda “Azərbaycan” kəliməsi millət və dövlət anlayışının insanların şüurunda qorumaqla yanaşı, həmin ulusun və onun dövlətinin coğrafiyalaşmış ya da ölkə halına gətirilmiş forması da olmuşdur.  Buna səbəb odur ki, Orta Çağda “Azərbaycan” tez-tez bir Türk-Oğuz-Turan tayfasından digərinin əlinə keçmişdir. Bu anlamda Oğuzun mərkəzi, Turanın əsas yurdlarından olan “Azərbaycan” bütün türksoylu xalqlar üçün eyni dərəcədə doğma olmuşdur. Ona görə də, Azərbaycan çoğrafiyasında, Azərbaycan ölkəsində hökm sürmüş bütün Türk-Oğuz-Turan sülalələri “Azərbaycan”ı qutlu bir mərkəz kimi görmüş, Azərbaycana sahib olmadan yeni bir Türk dövlətini yaratmağn mənasız olduğunu anlamışlar. Biz bunu Aranlarda, Səlcuqlarda, Qıpçaqlarda, Xəzərlərdə, Teymurilərdə, Sacilərdə, Baharlılarda, Qacarlarda, Osmanlılarda, Səfəvilərdə, Əfşarlarda görürük.

“Azərbaycan” kəliməsinin coğrafi və ölkə anlamda dərkindən çıxdığımız yol göstərir ki, onun mahiyyəti ilk başlanğıcda ulus və dövlət kimliyində ifadə olunmuş, bu və ya digər mənada ilkin mahiyyətini daima qorumuşdur. Ancaq SSRİ və İran Pəhləvilər dönəmində “Azərbaycan” kəliməsinin coğrafi və ölkə anlyışı üzərində dayandığı üçün, onun ulus və dövlət kimliyi saxtalaşdırılmağa çalışılmışdır. Özəlliklə, “Azərbaycan” sözünün farsdilli, yunan, suriyani yozumları  ulusun və dövlətin deyil, iranyönlü coğrafiyanın tarixinin öyrənilməsinə yol açmışdır. Bir sözlə, “Azərbaycan” kəliməsindəki ulus və  həmin ulusun dövləti anlayışı məsələsinin araşdırmalardan uzun müddət kənarda qalması, üstəlik onun daha çox şəxs, coğrafi, ölkə anlayışları baxımından ön plana çıxarılması qəsdli xarakter daşımışdır. Bütün bunlar kifayət deyilmiş kimi, “Azərbaycan” sözünü “azəri” formasına salaraq  uydurma irandilli-farsdilli etnik qrupa şamil etmək cəhdləri də olmuşdur. Deməli, Türk düşmənləri işlərini ehtiyatlı tutaraq coğrafi və ölkə anlayışlardan kənarda “xalq” yaratmaq işinə də baş vurmuşdur.

Şübhəsiz, coğrafi və ölkə anlayışlarından kənarda “xalq” ya da etnik qrup yaratmaq məsələsi ilk növbədə, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin meydana çıxmasıyla bağlıdır. Əslində “Azərbaycan” kəliməsinin yeni yaranan bir dövlətə verilməsi çox şeyləri, o cümlədən tarixi, siyasi, iqtisadi, sosial, mədəni sistemlərdə dəyişikliklərlə yadda qalmışdır. Bu proses 1918-ci ildən öncə başlasa da, “Azərbaycan” adının dünya sisteminə daxil olması istər-istəməz Rusiya, Qacarlar, Osmanlı, Böyük Britaniya və başqa dövlətlərin ideoloqlarını hərəkətə keçirdi.

“Azərbaycan” adının “Azərbaycan ölkəsi”nin, “Azərbaycan” coğrafiyasının bir hissəsində yeni yaranmış dövlətin adı kimi bəyan edilməsi Rusiya, Qacarlar və Osmanlını daha çox maraqlandırmışdır. Ötən 100 il ərzində “Azərbaycan ölkəsi”nin, “Azərbaycan” coğrafiyasının hətta, yarımçıq olsa belə, “Azərbaycan dövləti” şəklinə düşməsi öz aktuallığını qoruyub saxlamaqdadır. Bəlkə, 1918-ci ildə qurulan dövlətə “Azərbaycan” deyil, başqa bir ad məsələn, Oğuzustan ismi verilsəydi, bu ərazidə yaşayan türk-müsəlman xalqının SSRİ və SSRİ-dən sonrakı dönəmdə həyatı müsbət və mənfi anlamda fərqli ola bilərdi. Hər halda, indi “Azərbaycan” adından fərqli bir ad daşıyan ulusun və onun dövlətinin taleyinin hansı istiqamətdə inkişafı haqqında fikir yürütmək çox çətindir.

Bir şeyi dəqiq bilirik ki, yeni bir dövlətin ismi məsələsinin müzakirəsində Azərbaycanla Oğuzustan adı üzərində dayanılması təsadüfi olmamışdır. Hər iki adın Türklüyü ifadə etdiyini yaxşı anlayanların sonuc olaraq “Azərbaycan” üzərində dayanmaları isə təsadüfi olmamışdır. Çünki “Oğuzlar ölkəsi” olan bu ölkə “Azərbaycan” kimi tarixə daha çox damğasını vurmaqla yanaşı, Oğuzluğunu da qoruyub saxlamışdır.  Əks təqdirdə dövlət adı kimi əsasən “Oğuzustan” və “Azərbaycan” ön plana çıxmazdı. Ancaq buradakı eynilik hərfi məna üzərindən deyil, tarixi gerçəklik əsasında ifadə edilmişdir.

Biz, “Oğuzustan” deyil, “Azərbaycan” adının yeni yaranmış bir dövlətə verilməsinin tamamilə uğurlu olmasını iddia etməməklə yanaşı, bütövlükdə optimal olması qənəatindəyik. Çünki yeni yaranmış bir dövlətin konkret, dəqiq etnik kimliyi ifadə edən Oğuzustan deyil, artıq ulus kimliyi mahiyyətindən xeyli dərəcədə uzaqlaşmış daha çox coğrafiya və ölkə anlamında yayğın “Azərbaycan” adı üzərində dayanılması həm ziyalılar, həm də xalq arasında istər-istəməz mübahisələrə yol açımışdır, bu gündə həmin yol izlənməkdədir. Hər halda tarixi gerçəklik anlamında eynilik təşkil edən “Oğuzustan”-“Türkistan” və  “Azərbaycan” anlayışlarının hərfiyyən uyuşmazlığı da göz ğnündədir. Bu baxımdan həmin dövrdə daha çox hərfi mənada “odlar yurdu” ya da ona yaxın anlam daşıyan “Azərbaycan”ın əsasən oğuzların-türklərin yaşadığı və yaratdığı bir dövlətin adına verilməsi birmənalı qarşılanmamışdır. Sadəcə, “Azərbaycan” adlı coğrafiyada və ölkədə tarixən əsas yaşayanların, başlıca nüvənin türksoylular, oğuzsoylular olduğu üçün Azərbaycan Cümhuriyyətinin Türk ölkəsi, Türk dövləti olması heç kəsdə şübhə doğurmurdu.

Ona görə də, “Azərbaycan”nın etnik kimliyi ifadə etməməsiylə bağlı bir çox iradlar olsa da, bütövlükdə onun Türklüyə, Oğuzluğa  zidd olmadığını da təsdiq edirdilər. Bu amildən çıxış edərək “Azərbaycan” kəliməsini dövlət adı kimi təsbitlənməsinə çalışanlar, eyni zamanda türk olmayan etnik azlıqların da “Azərbaycan”a müsbət yanaşacaqlarnı yaxşı bilirdilər. Beləliklə, “Azərbaycan” dövlət adına çevrilməklə bir tərəfdən oğuzluğunu-türklüyünü yenidən ortaya qoyur, digər tərəfdən tarixdəki bütövləşdirici, birləşdirici funksiyasını da davam etdirirdi. Hər halda “Azərbaycan” adlı Oğuz-Türk dövləti dünyanın yeni tələblərinə əsasən yaradılmışdır ki, burada qurucu, əsas nüvə Azərbaycan türkləri olsa da, eyni zamanda milli-demokratik prinsiplərə uyğun olaraq etnik azlıqların maraqları da nəzərə alınırdı.

Bu baxımdan yeni yaranmış dövlətlərin ideoloqlarının bir tərəfdən “Azərbaycan Cümhuriyyəti” türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti anlamında onun bir parçası olması kimi varislik prinsiplərini gözləməsi, digər tərəfdən ölkə və coğrafiya anlamındakı “Azərbaycan”dan uzaqlaşaraq onu millət və dövlət olaraq ifadə etmələri təsadüfi ola bilməzdi. Hər halda 1918-ci ildə daha çox coğrafi və ölkə anlamında qəbul etdiyimiz “Azərbaycan” kəliməsinin “Türk-Oğuz” etnik kimliklə eyniləşdirilməsi, eyni zamanda dövlət kimi ifadəsi keçmişlə bağlılığı ortaya qoymuşdur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031