Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan heyəti Almaniyadakı sərgini vaxtından əvvəl tərk etdi

Azərbaycan 9-13 mart tarixlərində Berlində keçirilən Beynəlxalq Turizm Sərgisindən vaxtından əvvəl ayrılıb.

Azərbaycanın Almaniyadakı Səfirliyindən APA-ya bildirilib ki, Azərbaycan ötən illərdə olduğu kimi bu il də Berlində keçirilən Beynəlxalq Turizm Sərgisində (ITB) iştirak edir: “İştirak zamanı məlum olub ki, özünü “Qarabağ” adlandıran pavilyonda Dağlıq Qarabağda mövcud olan separatçı rejim reklam edilir və bu məqsədlə sərgi ziyarətçilərinə təbliğat materialları paylanılır. Erməni mətbuatı da həmçinin qondarma “Dağlıq Qarabağ Respublikasının” sərgidə “uğurlu iştirakı” barədə məlumatlar yayıb. Qondarma “respublika” əslində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış beynəlxalq hüquqa zidd rejimdir. Bu mövqe həm Birləşmiş Millətlər Təşkilatı, həm də Almaniya Federativ Respublikası hökuməti tərəfindən bölüşülür.

Bu, Azərbaycana qarşı növbəti erməni provokasiyasıdır. Göründüyü kimi, dinc turizm sərgisi də Ermənistanın beynəlxalq hüquqa zidd işğalçı siyasəti üçün sui-istifadə edilir: Bu dəfə Berlin Beynəlxalq Turizm Sərgisində sözü gedən pavilyonun sahibi olan “Ermənistan və Qafqaz Turizm İnkişaf Agentliyi” adlı təşkilatın əli ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqda yanlış məlumatları özündə birləşdirən təbliğat materialları yaymağa cəhd edilir”.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin əleyhinə yönəlmiş belə bir aksiya artıq bir dəfə 2009-cu ildə keçirilən Beynəlxalq Turizm Sərgisində  həyata keçirilib. O zamandan bəri ITB rəhbərliyi belə bir provokasiyanın təkrarlanmaması üçün çalışıb və buna da son illərdə nail olub. Bunun nəticəsində  Azərbaycanın, bu ilki sərgi istisna olmaqla, İTB-də uğurlu iştirakı mümkün olub: “2016-cı il ITB-sində sözü gedən pavilyonun fəaliyyəti Azərbaycan tərəfi üçün qəbuledilməzdir və bu nəinki beynəlxalq hüququn norma və prinsipləri, eləcə də ITB-nin sərgilərlə bağlı müəyyən olunmuş Fəaliyyət Qaydaları (8-ci paraqraf), İTB-in keçirildiyi Messe Berlin sərgi kompleksinin Fəaliyyət Qaydaları (12-ci paraqraf, 2-ci abzas), habelə Ümumdünya Turizm Təşkilatının müəyyən etdiyi Etik Qaydaları ilə ziddiyyət təşkil edir.

ITB rəhbərliyinin bu səpgidə siyasi təbliğat plakatları və materiallarının aradan qaldırılması ilə bağlı öhdəliyini qəbul etməsinə baxmayaraq,  sözügedən pavilyon öz işini maneəsiz şəkildə davam etdirir. Təəssüf ki, qeyd olunan fəaliyyətin qarşısının alınması üçün ITB rəhbərliyinin hər hansı effektiv tədbir görməsi nəzərə çarpmır. Azərbaycan tərəfi sözügedən sərgidə bu şərtlər daxilində öz iştirakını davam etdirməyi mümkün hesab etmir və öz pavilyonunu bağlamağa məcburdur”.

Daha sonra qeyd olunub ki, ITB ilə bu günə qədər həyata keçirilən uğurlu əməkdaşlığı nəzərə alaraq yaranmış bu vəziyyət xüsusilə təəssüfedicidir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə kobud şəkildə hörmətsizlik edilən bir sərgidə iştirak qeyri-mümkündür: “Belə bir hadisənin özünün ATƏT sədrliyi çərçivəsində ATƏT məkanındakı həlli gecikən münaqişələrin həll edilməsinə töhfə verilməsini əsas prioritetlərindən biri elan edən Almaniyada baş verməsi xüsusilə təəssüfedicidir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031