Ərdoğan gələn həftə Bakıya gəlir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
APA-nın verdiyi xəbərə görə, səfər cəmi 3 gündən sonra, martın 15-də baş tutacaq.
Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.
Bu günlərdə isə Türkiyənin Bakıdakı səfiri İsmail Alper Çoşqun Ərdoğanın Bakıya aprel ayında gələcəyini bildirmişdi.