Xocalı faciəsinin“Böyüməyən uşaqlar”ı Tarix dərsliyinə salınır
““Böyüməyən uşaqlar” kitabının məktəblərdə tədris olunması təklifi bizə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan gəldi. Cəsarət müəllim zəng edib bildirdi ki, Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” kitabı ilə tanış olun, onun tarix dərsliyinə salınması məsləhət görülür”.
Bu sözləri açıqlamasında 6 saylı “İntellekt” məktəb-liseyinin tarix müəllimi Elmin İmanov söyləyib.
“Cəsarət müəllimin təklifindən sonra biz də öz növbəmizdə kitabla daha yaxından tanış olduq. Kitabdn Xocalı faciəsini yaşamış, soyqırımı zamanı yaşları az olan, bu gün isə artıq boya-başa çatmış azərbaycanlıların verdiyi müsahibləri oxuduq.
Bu kitabı şagirdlər arasında müzakirə edərkən həqiqətən çox təsirləndik. Bu günə qədər Xocalı haqqında gördüklərimiz, eşitdiklərimiz bir yana, kitabda real hadisələrin canlı şahidlərinin dilindən verilən açıqlamalar hamımıza çox təsir etdi”.
Tarix müəllimi deyib ki, Xocalı soyqırımından bəhs edən “Böyüməyəm uşaqlar” kitabını oxuduqca, şagirdlər göz yaşlarını saxlaya bilməyiblər:
“Çox zaman laqeydlikdə tənqid etdiyimiz şagirdlərimiz həqiqətən də “Böyüməyəm uşaqlar” kitabındakı yazılara baxdıqca kövrəldilər, göz yaşlarını saxlaya bilmədilər.
Mən bu kitabın 8, 9, 10, 11-ci sinif şagirdlərinə necə təsir etdiyni gördüm”.