Şura üzvlüyünə “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə keçirilən seçkinin nəticəsi məlum olub
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçki keçirilib.
İclasa açıq səsvermə ilə Mirhəsən Seyidov sədr, Mətanət Əsgərqızı isə katib seçilib. Sonra say komissiyasının 5 nəfərdən ibarət tərkibi müəyyən edilib. Mirhəsən Seyidov iclasda qeydə alınmış 96 QHT nümayəndəsindən 87-sinin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.
Şura üzvlüyünə namizədlər “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri Iradə Nəsirova və “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva iclasda çıxış ediblər.
Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Emin Həsənli (52 səs), Məhluqə Rəhimova ( 32 səs) və Sərraf Orucov (31 səs) olub.
Qeyd edək ki, sabah “İqtisadi və sosial məsələlər” qrupu üzrə seçkilər keçiriləcək.