Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilərin Ağdamdakı kazarmalarında partlayan mərmilər…

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu gərginliyin növbəti eskalasiyası baş verdi. Xəbər verildiyi kimi Azərbaycan Müdafiə Nazirliyi martın 10-dan 11-nə keçən gecə Ermənistan ordusunun işğalçı birləşmələrinin təmas xəttinin Ağdam istiqamətində diversiya həmlələrinin qarşısının alındığı, cavab olaraq düşmənin təmas xəttinin dərinliklərində yerləşən mövqelərinin artilleriya zərbələri ilə darmadağın edildiyini, bu zaman qarşı tərəfin 10-15 nəfər itki verdiyini bəyan edib.

Ardınca Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindn kifayət qədər aralıda yerləşən erməni mövqelərinə  “misli görünməmiş zərbələri” haqda açıqlama yayıb və bildirib ki,  1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.

Bu eskalasiya regionda geosiyasi fəallığın növbəti dalğası ilə bir vaxtda  baş verir və Ermənistan prezidenti Serj Sərkisyanın Kremlə çağırılması ilə üst-üstə düşür. Doğrudur, bu günə qədər də təmas xəttində vəziyyət sakit deyildi və vaxtaşırı olaraq atışmalar, o cümlədən minomyotlardan istifadə olunmaqla atışmalar qeydə alınırdı. Ancaq Ermənistan tərəfi bu cür təəcübləndiyinə görə ötən gecə Ağdam istiqamətində doğrudan da ciddi, misli görünməmiş zərbələrin endirildiyinə əmin olmaq mümkündür.

Azərbaycan Müdafiə Nazirliyinin qısa açıqlamasında baş verənlərin təfərrüatları yer almır. Ancaq təxmin etmək çətin deyil ki, Azərbaycan ordusunun bölmələri ötən gecə erməni işğalçı birləşmələrinin təmas xəttindən onlarla kilometr dərinlikdə yerləşən mövqelərinə sərrast artilleriya zərbələri endirib. Və bu zaman atəşin korrektə edilməsinə imkan verən müasir sistemlər, o cümlədən pilotsuz uçan aparatlar tətbiq olunub.

Məlum olduğu kimi təmas xətti boyu gedən atışmalarda pilotsuz uçan aparatlardan vurulacaq hədəflərin koordinatlarını dəqiq müəyyən etmək və atəşi korrektə etmək üçün istifadə olunur. Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə düşmənin təmas xəttindəki və təmas xəttinin dərinliklərindəki mövqelərnin artilleriya-minomyot zərbələri ilə necə dağıdıldığı barədə pilotsuz uçan aparatlardan çəkilmiş görüntüləri yayıb. Və qeyd etmək lazımdır ki, bu görüntülər hər dəfə erməni tərəfinin verdiyi “döyüşlərdə itki verməmişik” açıqlamalarına tutarlı cavab sayılmalıdır.

Hazırda Azərbaycan ordusunun silahlanmasında yer alan qaubitsalar düşmənin təmas xəttindən 15 kilometrdən tutmuş 90 kilometrə qədər dərinlikdə yerləşən mövqelərinə sərrast zərbələrin endirilməsinə imkan verir. Ağdamda hansı tip qaubitsanın tətbiq edildiyi haqda məlumat olmasa da ehtimal ki, söhbət 30 kilometrə qədər dərinlikdə hədəfləri vurmağa imkan verən D-30 qaubitsalarından və ya 152 mm-lik “Qiatsint” qaubitsalarından gedir. Və böyük ehtimalla bu silahlardan ermənilərin təmas xəttinin onlarla kilometr dərinlikdəki kazarmaları vurulub. Görünür zərbələr erməniləri doğrudan da qəfil yaxalayıb və onlar təmas xəttindən bu qədər dərinliyin hədəf alınacağını gözləmirdilər. Bundan əvvəl erməni tərəfi Azərbaycan ordusunun 1994-cü ildən bəri ilk dəfə tankları tətbiq etməsini də xüsusi təəcüblə bəyan etmişdi.

Bu zərbələr bir daha onu göstərir ki, münaqişə nizamlanmayana, Ermənistan rəhbərliyi tərəfindən bu məqsədlə siyasi iradə nümayiş etdirilməyənə qədər erməni işğalçı qüvvələri istər təmas xəttində, istər təmas xəttindən dərinliklərdə özlərini arxayın hiss edə bilməyəcəklər. Eləcə də Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn səyləri, Rusiyadan güzəştli şərtlərlə alınan silahlar və Sərkisyanın “KTMT sərhədləri boyu baş verənlərdən” Kremldə Putinə şikayətlənməsi vəziyyətdən çıxış yolu deyil.

Sərkisyanın Moskvaya bir gün əvvəl baş tutmuş səfərinin əsl məqsədi haqda təfərrüatlar məlum deyil. Ancaq səfər ərəfəsində Kreml bəyan etmişdi ki, Qarabağ münaqişəsi zonasında atışmaların şiddətlənməsindən narahatdır. Məlum olan budur ki, prezident Vladimir Putin Ermənistan dövlət başçısı ilə danışıqlarında Qarabağdakı vəziyyəti də ətraflı müzakirə edib. Putinin münaqişəyə dair hansısa yeni təşəbbüsü və ya planı varmı, bu məlum deyil. Ancaq münaqişə ətrafında vəziyyətin növbəti və 1994-cü ildən bəri görünməmiş eskalasiyasiyası ortadadır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031