Ermənilər təsdiqlədi: 15 hərbçi və radiolokasiya stansiyaları məhv edilib
Erməni mənbələri Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində ağır itkilər verdiyini təsdiqləyib.
Publika.az “mamul.am” saytına istinadən xəbər verir ki, etibarlı mənbələr təmas xəttinin dərinliyindəki erməni mövqelərinin darmadağın edildiyini bildiriblər. Amma ermənilər məlumatı bir qədər fərqli şəkildə veriblər.
Məlumata görə, ermənilərin R-18, R-19 radiolokasiya stansiyaları və dizel generatoru məhv edilib.
“İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu həlak olub. Növbəti dəfə bu biabırçı fakt bizim Müdafiə Nazirliyimiz tərəfindən gizlədilir və bizdə hər şeyin yaxşı olduğu barədə yanlış fikir yaradılır. Amma həmin vaxtda bizim əsgərlərimiz məhv olurlar”, – xəbərdə deyilir.
Qeyd edək ki, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib.
Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.