Dmitri Peskov :“Heç kim Azərbaycanın və Ermənistanın əvəzindən bu münaqişəni həll etməyəcək”
Rusiya prezidenti Vladmir Putinmartın 10-da Kremldə Ermənistan prezidenti Serj Sərksyanla görüşündə Qarabağ münaqişəsini də müzakirə edib.
Görüşün mətbuata açıq hissəsində Sərkisyan Rusiya prezidentinə Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi köməyə görə minnədarlıq ifadə edib.
Virtualaz.org xəbər verir ki, bu minnətdarlığın nə ifadə etdiyini Putinin mətbuat katibi Dmitri Peskov şərh edib. “Bu, hansısa birdəfəlik səylər deyil. Mvcud beynəlxalq formatlarda Rusiya ardıcıl iş aparır. Ancaq hansısa həll və ya təşəbbüs ancaq münaqişə iştirakçılarının özündən gələ bilər. Heç kim bu münaqişəni Azərbaycanın və Ermənistanın əvəzindən həll edən deyil”-Peskov jurnalistlərə bildirib.